PARÇALANIB, PARÇALANIB AZƏRBAYCAN!

Azərbaycan adında qədim məmləkətim var,
Qədim olduğu qədər əzablı bir yol keçib.
İllər boyu düşmənin tapdağı altda qalıb,
Parçalanıb, parçalanıb Azərbaycan!

*****

Türkmənçaydan Gülüstana bölüblər onu hər an,
De, əsrlər keçsə də, unudulubmu bu yaran
Düşmən sağda, soldadır, başında qara duman,
Parçalanıb, parçalanıb Azərbaycan!

*****

İndi də Qarabağın əldən getmək üzrədir,
Əslində əldən gedib rəsmiləşmək üzrədir.
De, bütün bunlara necə dözürsən, insan?!
Parçalanıb, parçalanıb Azərbaycan!

*****

Cənubda qardaşların hər gün dara çəkilir,
Qanı tökülənlərə Şimal da yan çəkilir.
Etiraz edir deyə asılır min bay, bayan
Parçalanıb, parçalanıb Azərbaycan!

*****

Şimalda da vəziyyət heç üzəkaçan deyil,
Hər gün yenilənir köhnələnmiş yaralar.
Biri müxalifətdir, digəri isə iqtidar,
Parçalanıb, parçalanıb Azərbaycan!

*****

Bəs nə edək, necə çıxaq bu durumdan?!
Çıxış yolu birlikdir, həm də ki, Türk birliyi!
Qoy birləşsin “Mən də Türkəm” deyənlər!
Türkün türkdən başqa dostu da yoxdur
Onsuz da tək qalıb meydanda bu can
Parçalanıb, parçalanıb Azərbaycan!

Əhməd ŞAHİDOV
09 Yanvar 2010-cu il saat 17:20, Bakı, Azərbaycan

*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…

Bu yazını Facebookda şərh et