Dövlət və hökumət rəsmiləri İsveçrənin Cenevrə şəhərinə toplaşıb
Fevralın 29-da İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 31-ci Sessiyası öz işinə başlayıb. Əsasən xarici işlər nazirlərinin qatıldığı toplantıda dövlət və hökumət rəsmiləri, habelə beynəlxalq insan haqları təşkilatları rəhbərləri, hüquq müdafiəçiləri və media nümayəndələri də iştirak edirlər. Dünyada baş verən hadisələr fonunda insan haqları məsələsi 31-ci Sessiyanın əsas mövzusudur.
Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 31-ci Sessiya zamanı Dağlıq Qaqarabağ konfliktindən əziyyət çəkən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin, habelə Kəlbəcərdən olan əsirlərin hüquqları ilə bağlı toplantı iştirakçılarını məlumatlandırır.