ADİHİ rəhbərinin bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulur
Fevralın 29-da İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 31-ci Sessiyası öz işinə başlayacaq. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəsmilərinin, beynəlxalq qurumların rəhbərlərinin, hüquq müdafiəçiləri və diplomatların qatılacağı bu nüfuzlu tədbirdə dünyada baş verən son hadisələr, insan haqları məsələləri, İraq və Suriyadakı müharibə, Avropaya qaçqın axını, terrorla mübarizə və bu kimi digər məsələlər müzakirə eidləcək.
BMT-nin 31-ci Sessiyasında dəvət olunan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müzakirələrdə yaxından iştirak edəcək və bir sıra şəxslərlə görüşəcək. BMT-nin İnsan Haqları Şurasının bu dəfəki sessiyasının məhsuldar keçəcəyini bildirən ADİHİ rəhbəri Əhməd Şahidov keçirəcəyi görüşlərdə Kəlbəcərdən olan əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracağını və BMT rəsmilərindən bu məsələdə səy göstərmələrini istəyəcək.