ADİHİ rəhbəri Əhməd Şahidov dinləmələrdə yaxından iştirak edib
Fevralın 16-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentində “Avropada Antisemitizm və İslamofobiya meylləri” mövzusunda dinləmələr keçirilib. Avropa Parlamenti üzvləri, beynəlxalq insan haqları təşkilatı nümayəndələri, hüquq müdafiəçiləri və din xadimlərinin iştirak etdiyi bu tədbirdə son illər Avropada müşahidə olunan dözümsüzlük meylləri, xüsusən də dini müstəvidə radikallıq halları müzakirə olunub.
Dinləmələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avropada islamofobiya meylləri barədə gedən müzakirələrdə öz fikrini bildirib və avropalı həmkarlarla mövzu ətrafında fikir mübadiləsi aparıb. Tədbirin sonunda yekun qətnamə qəbul edilib.