İsveçrənin Bern Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

bern1İsveçrənin paytaxtında Dağlıq Qarabağ münaqişəsi və sülhün əldə edilməsi istiqamətində birgə konfrans təşkil olunub

10-11 Fevral tarixlərində İsveçrənin Bern Universitetində Konfliktlərin Transformasiyası və Sülhyaratma İnstitutu (ICP), Qlobal Elmlər Mərkəzi (CGS) və Yaxın Şərq və İslam Mədəniyyəti üzrə İsveçrə Cəmiyyətinin (SGMOIK) birgə təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına həsr olunmuş konfrans baş tutub. Avropanın müxtəlif beyin mərkəzlərindən gəlmiş mütəxəssislərin iştirak etdiyi konfransa Azərbaycan və Ermənistandan da nümayəndələr qatılıblar.

Dağlıq Qarabağ konflikti, Azərbaycan-Ermənistan münasibətləri, Türkiyə-Rusiya münasibətləri, Avropa Birliyinin bu münaqişədə mövqeyi və konfliktin transformasiyası mövzularında baş tutan müzakirələrdə regionda sülhə nail olunması istiqamətində atılması zəruri olan addımlar müzakirə olunub. Mətbuata qapalı olan konfransda Azərbaycan və Ermənistan nümayəndələri də öz fikirlərini bölüşüblər.

Konfransda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun sözlərinə görə, əsasən vətəndaş cəmiyyəti fəallarının qatıldığı bu konfransda regionda sülhə nail olunması və konfliktin transformasiyası formaları müzakirə edilib.

bern2 bern3

Bu yazını Facebookda şərh et