ADİHİ rəhbəri Cenevrədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Fevralın 8-də İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu ölkənin ən nüfuzlu qeyri-hökumət təşkilatlarından sayılan GIWEH (Global Institute for Water Environment and Health) təşkilatının mənzil qərargahında olub. GIWEH təşkilatının direktoru Dr. Nidal Salim ilə görüşən ADİHİ rəhbəri qurumun fəaliyyəti ilə yaxından tanış olub, İsveçrədə həyata keçirilən layihələr barədə məlumat alıb.
ADİHİ barədə GIWEH rəhbərinə geniş məlumat verən Əhməd Şahidov ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb və birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.