Əhməd Şahidov Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasında görüş keçirib

ifrc2ADİHİ rəhbəri Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən bir milyon məcburi köçkünün məsələsini qaldırıb

İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının mənzil qərargahında olub. Qurumun Miqrasiya Departamentinin rəhbəri xanım Tiziana Bonzon ilə görüşən ADİHİ rəhbəri Azərbaycandakı qaçqın və məcburi köçkünlər barədə məlumat verib, kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışıb.

ADİHİ rəhbərini Cenevrədə salamlamaqdan məmnunluğunu ifadə edən xanım Tiziana Bonzon Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının fəaliyyəti barədə geniş məlumat verib, həyata keçirilən layihələr haqqında danışıb və ADİHİ ilə sıx əməkdaşlığın perspektivlərini müzakirə edib. Görüş zamanı qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

ifrc5 ifrc4 ifrc3 ifrc1

Bu yazını Facebookda şərh et