Əhməd Şahidov YUNESKO rəhbərliyi ilə görüşdə Azərbaycan təhsili barədə danışıb

unesco1Hüquq müdafiəçisi Cenevrədə YUNESKO Beynəlxalq Təhsil Bürosunun direktoru Dr. Mmantsetsa Marope ilə görüşüb

İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov YUNESKO Beynəlxalq Təhsil Bürosunda olub. Büro rəhbəri xanım Mmantsetsa Marope ilə görüşən ADİHİ rəhbəri Azərbaycanın təhsil sistemi barədə məlumat verib, yeniliklər haqqında danışıb və YUNESKO ilə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

ADİHİ rəhbərini Cenevrədə salamlamaqdan məmnunluğunu ifadə edən YUNESKO rəsmisi Dr. Mmantsetsa Marope rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycanla əməkdaşlığa hazır olduqlarını ifadə edib. Görüş zamanı birgə fəaliyyət müxanizmləri və layihələr barədə fikir mübadiləsi aparılıb.

unesco2 unesco3 unesco4

Bu yazını Facebookda şərh et