Əhməd Şahidov BMT-nin Cenevrə Forumunda iştirak edəcək

bmtADİHİ rəhbəri BMT-nin IV Biznes və İnsan Haqları Forumunda Azərbaycanı təmsil edəcək

16-18 Noyabr tarixlərində dünya hüquq müdafiəçiləri İsveçrənin Cenevrə şəhərinə toplaşacaqlar. Birləşmiş Millətlər Təşkilatının IV Biznes və İnsan Haqları Forumunda iştirak edəcək hüquq müdafiəçiləri son vaxtlar dünyada baş verən prosesləri müzakirə edəcək, qlobal müstəvidə cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparacaqlar.

BMT-nin Cenevrə Forumunda iştirak etmək üçün İsveçrəyə səfər edəcək Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da müzakirələrə qatılacaq, Azərbaycanda insan haqlarının vəziyyəti və fundamental azadlıqlar sahəsində baş verənlər barədə Forum iştirakçılarına məlumat verəcək.

Bu yazını Facebookda şərh et