Əhməd Şahidov Cəlayir kəndinin ağsaqqalları ilə görüşüb

Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Cəlayir kəndində görüş keçirib

Ötən gün deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Cəlayir kəndində olub və kəndin mərkəzində ağsaqqallarla görüşüb. Görüş zamanı Sarıbaş kəndi və sarıbaşlılar barədə fikirlərini bölüşən Əhməd Şahidov sarıbaşlıların böyük hissəsinin Cəlayirdə yaşadıqlarını və bu səbəbdən də kəndə gəlib vəziyyətlə maraqlandığını deyib.

Əhməd Şahidovla görüş zamanı qayğılarını səsləndirən kənd ağsaqqalları seçkilərdə fəal iştirak edəcəklərini və Qaxın problemləri ilə yaxından maraqlanan namizədə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com