“Biz gürcülərə verdiyin dəyərə görə minnətdarıq” – Qaxın Gürcü Kötüklü kənd sakinləri

Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Gürcü Kötüklü kəndində görüş keçirib

Ötən gün deputatlığa namizəd Əhməd Şahidov Qaxın Gürcü Kötüklü kəndində olub. Yerli kənd sakinləri ilə görüşən deputatlığa namizəd Azərbaycan-Gürcüstan münasibətlərindən danışıb, gürcülərin qayğılarından söz açıb və Azərbaycan dövlətinin gürcülərə xüsusi diqqət və qayğısını ifadə edib.

Görüş zamanı qayğılarını dilə gətirən Gürcü Kötüklü kənd sakinləri gənclərin işsizlik problemini, Gürcüstan avtomobillərinin Azərbaycana buraxılmaması, habelə gürcü kilsəsində keşişin olmaması və digər məsələləri qaldırıblar.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com