Ötən gün deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Əmbərçay kəndində yerli sakinlərlə görüş keçirib. Kəndin mərkəzində baş tutan görüşdə çıxış edən Əhməd Şahidov Qax rayonunun problemlərindən danışıb, vəziyyəti dəyişmək üçün seçkilərin bir şans olduğunu vurğulayıb və Noyabrın 1-dən sonra hər şeyin tamam fərqli olacağını bildirib.
Çıxış edən Əmbərçay kənd sakinləri üzləşdikləri problemlərdən danışıb, bir Qaxlı olaraq Əhməd Şahidova inandıqlarını və ona səs verəcəklərini deyiblər. 1 Noyabr seçkilərində qələbə qazanacağını deyən deputatlığa namizəd Əhməd Şahidov bu gücü Allahdan, Azərbaycan dövlətinən və ona inanan Qaxlılardan aldığını bildirib.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com