Deputatlığa namizəd Əhməd Şahidov ötən gün Qax rayonu Qum kəndində görüş keçirib
Görüş zamanı Qum kəndinin problemləri ilə maraqlanan deputatlığa namizəd Əhməd Şahidov kənddəki elektrik dirəklərinin qəzalı şəraitdə olmasını, uşaq bağçasının sanitar normalara uyğun gəlmədiyini, kənd gənclərinin işsizlikdən əziyyət çəkdiyini, susuzluqdan torpaq sahələrinin yararsız hala düşdüyünü və yerli qurumların kəndin qayğıları ilə qətiyyən maraqlanmadığını öyrənib.
Qum sakinləri ilə bir-bir ünsiyyət quran Əhməd Şahidov onların qayğılarını dinləyib və zəruri qeydlər aparıb.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com