Əhməd Şahidov Qax möminləri ilə birlikdə Cümə Namazı qılıb

Deputatlığa namizəd Əhməd Şahidov Qax möminlərinin qayğıları və məscidlərin durumu ilə yaxından tanış olub

Cümə günü deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunda yerləşən məscidlərin birində yerli mömin insanlarla birlikdə Cümə Namazı qılıb. Cümə Namazında iştirak edən möminlər Azərbaycan üçün dualar edib, işğal olunmuş torpaqların tezliklə azad olunması üçün dualar edib və şəhidlərə Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et