Qaxın Əlibəyli kəndindəki bu ailə toyuq damında yaşayır – iki uşaq şəraitsizlikdən vəfat edib

Deputatlığa namizəd Əhməd Şahidov Əlibəyli kəndində yaşayan gürcü ailənin yaşayış şəraiti ilə tanış olub

Qaxdan deputatlığa namizəd Əhməd Şahidov Əlibəyli kəndində imkansızlıq ucbatından toyuq damında yaşayan ailəni ziyarət edib. Tamamilə yararsız və gildən tikilmiş bu 12 kvadrat metrlik yerdə yaşayan ailə 4 nəfərdən ibarətdir. Gürcü ailənin daha iki övladı isə bu şəraitsizliyə dözməyərək dünyalarını dəyişiblər.
Gürcü ailənin ürək parçalayan həyat dramını sizlərə təqdim edirik…

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com