Oktyabrın 18-də deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Əmbərçay kəndində yaşayan şəhid ailəsinin qonağı olub. Zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evdə yaşayan şəhid anasının qayğıları ilə yaxından maraqlanan Əhməd Şahidov ağır xəstəlikdən əziyyət çəkən ağbirçək ananın həm də diqqətdən kənarda qaldığını, yerli qurumların şəhid anasına biganə yanaşdığını və həmin evdə yaşayan digər şəxslərin heç yerdə işləmədiklərini öyrənib.
Şəhid ailəsinin qayğılarını diqqətdə saxlayacağını bildirən Əhməd Şahidov qəzalı vəziyyətdə olan evlə bağlı müəyyən qeydlər aparıb.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com