Oktyabrın 17-də deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunun Ləkit kəndində yerli sakinlərlə növbəti görüşünü keçirib. Ləkit kənd Mədəniyyət Evində baş tutan görüşdə çıxış edən Əhməd Şahidov Qax rayonunun üzləşdiyi qayğılardan danışıb, Ləkit kəndinin yolları, sosial qayğılar və gənclərin işsizlik məsələlərinə toxunub.
Görüşdə iştirak edən Ləkit kənd sakinləri Əhməd Şahidova müraciət edərək, kəndin problemlərindən danışıb, şikayətlərini səsləndirib.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com