Deputatlığa namizəd Əhməd Şahidov seçki qərargahının üzvləri ilə görüşüb

Oktyabrın 11-də Qax rayonuna gələn deputatlığa namizəd Əhməd Şahidov seçki qərargahının üzvləri ilə görüşüb. Görüş zamanı təbliğat-təşviqat kampaniyasının gedişi, təbliğat vasitələrinin paylanılması və Qax sakinləri ilə görüşlərin təşkili məsələləri müzakirə edilib.

Sabahdan başlayaraq, Qax rayonun müxtəlif yerlərində, kənd və qəsəbələrdə seçicilərlə görüşlər təşkil ediləcək və deputatlığa namizəd Əhməd Şahidov öz platforması barədə seçiciləri məlumatlandıracaq.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com