Varşavanın mərkəzində kəlbəcərli əsirlərlə bağlı aksiya keçirilib

aksiya_warsaw1Azərbaycanlı hüquq müdafiəçisi Varşavada Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı növbəti aksiya keçirib

Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə flaşmob aksiya keçirilib.

Hüquq müdafiəçisi Əhməd Şahidov Varşavada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə təşkil etdiyi bu səssiz aksiya zamanı azərbaycanlı əsirlərin fotoları əks olunmuş plakatlar şəhər sakinləri və turistlərə nümayiş etdirilib.

30 dəqiqə davam edən aksiya zamanı şəhər sakinləri ayaq saxlayaraq, kəlbəcərli əsirlərin fotolarına baxır, foto çəkir və əsirlər barədə soruşurdular.

Analoji aksiyaların digər Avropa şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

aksiya_warsaw6 aksiya_warsaw5 aksiya_warsaw4 aksiya_warsaw3 aksiya_warsaw2 aksiya_warsaw1