Əhməd Şahidov Şimali Kipr Parlamentinin sədri ilə görüşüb

parlament_sedriHüquq müdafiəçisi azərbaycanlı əsirlər barədə çoxdilli kitabı spiker Sibel Siberə təqdim edib

Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 2-də ŞKTC Parlamentinin sədri xanım Sibel Siber ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi təşkilat barədə Parlament sədrinə ətraflı məlumat verən ADİHİ rəhbəri Əhməd Şahidov Avropadakı fəaliyyəti və gələcək planları barədə danışıb.

Azərbaycanlı əsirlər barədə hazırlanmış çoxdilli kitabı Sibel Siber xanıma təqdim edən hüquq müdafiəçisi Kiprdə gedən son proseslər və sülh danışıqları ilə maraqlanıb.