ADİHİ rəhbəri Əhməd Şahidov Qax sakinlərinə hüquqi yardım göstərib

gorusler1Azərbaycanın şimal bölgəsində səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunda silsilə görüşlər keçirib. Rayonun Sarıbaş, Qaxbaş, İlisu, Qum, Ləkit, Zərnə, Güllük və digər kəndlərində yerli sakinlərlə görüşən Əhməd Şahidov onların sosial durumu ilə maraqlanıb və hüquqi maarifləndirmə işləri aparıb.

Xüsusən də kənd yerlərində gənclərin təhsil, iş  və karyera qayğıları ilə yaxından tanış olan ADİHİ rəhbəri kənd təsərrüfatı ilə məşğul olan sakinlərlə görüşüb, torpaqların becərilməsi, məhsuldarlığın artırılması sahəsində monitorinqlər aparıb.

Rayonun yaşlı sakinləri ilə yaxından ünsiyyət quran Əhməd Şahidov onların sosial təminatı ilə maraqlanıb, pensiyaların həcmi və verilməsi ilə bağlı şikayətləri dinləyib.

Çoxsaylı görüşlər zamanı rayon sakinlərini maraqlandıran suallara cavab verən hüquq müdafiəçisi zəlzələdən ziyan görmüş evlərin bərpası, habelə kreditlərin verilməsi və ünvanlı sosial yardımların prosedurları ilə bağlı hüquqi maarifləndirmə işləri aparıb, əhaliyə zəruri hüquqi yardımın göstərilməsini təmin edib.

gorusler1 gorusler14 gorusler13 gorusler12 gorusler11 gorusler9 gorusler8 gorusler6 gorusler5 gorusler4 gorusler2