Əhməd Şahidov AŞPA-da keçirilən Azərbaycanla bağlı dinləmələrdə iştirak edib

aspaMüzakirələrdə iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov erməni deputatların Azərbaycan əleyhinə təbliğatından danışıb

İyun 23-də Fransanın Strasburq şəhərində AŞPA-nın Yay Sessiyası öz işini davam etdirib. Günün ikinci yarısında ‘Azərbaycanda insan haqlarının vəziyyəti’ adlı sessiyada həmməruzəçilər Pedro Aqramunt və Tadeus İvinskinin Azərbaycanla bağlı hazırladıqları hesabat dinlənib və müzakirəyə çıxarılıb.

Bu dəfəki müzakirələrdə rəsmi Bakının ünvanına səslənən tənqidlərlə yanaşı, Azərbaycana qarşı ikili standartları pisləyən çıxışlar da oldu. Bir sıra avropalı deputatlar Azərbaycanı Avropanın Rusiyadan enerji asılılığına son qoyacaq ölkə kimi xarakterizə etdi, Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğal edildiyini bildirdi və bu məsələdə Azərbaycana dəstək olmağa çağırdılar.

Dinləmələrdə iştirak edən Azərbaycan Demorkatiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanla bağlı müzakirələr barədə fikirlərini bölüşüb.

Bu yazını Facebookda şərh et