Əhməd Şahidov Mixail Saakaşvili ilə görüşüb – GLOBSEC 2015 Forumu

saakasviliƏhməd Şahidov Tbilisidə baş verən faciə ilə bağlı Gürcüstanın eks-prezidentinə başsağlığı verib

İyunun 21-də Slovakiyanın paytaxtı Bratislava şəhərində öz işini yekunlaşdıran GLOBSEC 2015 Təhlükəsizlik Forumu sonda qala gecəsi ilə davam edib. Gecədə iştirak edən dövlət və həkumət rəsmiləri, habelə tanınmış siyasətçilər bu və ya digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qala gecəsinə qatılan ADİHİ rəhbəri Əhməd Şahidov Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili ilə görüşüb və səmimi söhbət edib. Tbilisidə baş vermiş daşqın faciəsi ilə bağlı Mixail Saakaşviliyə və gürcü xalqına başsağlığı verən Əhməd Şahidov Ukrayna ilə bağlı fikirlərini bölüşüb.

Öz növbəsində təşəkkürünü bildirən Mixail Saakaşvili Gürcüstan-Azərbaycan dostluğunun sarsılmaz olduğunu və Azərbaycanın regionda güclü dövlət olduğunu bildirib. Ukraynadakı son vəziyyətlə bağlı fikirlərini bölüşən Mixail Saakaşvili Odessa vilayətində görülən işlərdən də danışıb.

saakashvili6 saakashvili5 saakashvili4 saakashvili2 saakashvili1 saakashvili3

Bu yazını Facebookda şərh et