Əhməd Şahidov Estoniya prezidenti Toomas Hendrik İlves ilə görüşdü – GLOBSEC 2015 Forumu

estoniya292Əhməd Şahidov Estoniya Prezidentinə Ramazan bayramının fəzilətindən danışıb

İyunun 20-də Slovakiyanın paytaxtı Bratislava şəhərində öz işini davam etdirən GLOBSEC 2015 Təhlükəsizlik Forumunda Avropa liderləri regionu narahat edən problemlərdən və çıxış yollarından danışıblar. Əsasən Şərqi Avropada cərəyan edən proseslər, Ukrayna böhranı və Rusiyanın xarici siyasəti müzakirə olunub.

GLOBSEC 2015 Forumunda Azərbaycanı təmsil edən ADİHİ rəhbəri Əhməd Şahidov müzakirələrdə yaxından iştirak edir və bir sıra Avropa liderləri ilə yaxından ünsiyyət qurmaqdadır.

Rəsmi nahar ziyafəti zamanı Estoniya prezidenti Toomas Hendrik İlves ilə həmsöhbət olan hüquq müdafiəçisi Əhməd Şahidov Estoniyaya son səfəri və rəhbərlik etdiyi təşkilat barədə ölkə başçısına məlumat verib. Səmimi keçən söhbət zamanı maraqlı bir hadisə də baş verib. Belə ki, müsəlman dünyasının bugün Ramazan ayının 3-cü gününü qeyd etdiyini Estoniya prezidentinin diqqətinə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov Ramazanın fəzilətindən danışıb, özünün də bu dini qaydalara ciddi əməl etdiyini diqqətə çatdırıb. İslam dinini yüksək qiymətləndirən Estoniya prezidenti Toomas Hendrik İlves dünya müsəlmanlarını bu bayram münasibətilə tədrik edib.

estoniya

Bu yazını Facebookda şərh et