GLOBSEC 2015 Forumu öz işinə başladı: Əhməd Şahidov ilk müzakirələrə qatılıb

globsec1
İyunun 19-da Slovakiyanın paytaxtı Bratislava şəhərində GLOBSEC 2015 Forumu öz işinə başlayıb. Üç gün ərzində davam edəcək beynəlxalq təhlükəsizlik forumunda Rusiyanın xarici siyasəti və Avropada cərəyan edən proseslər, NATO-nun prioritetləri, terrorla mübarizə və İŞİD təhlükəsi, habelə ölkələrin ərazi bütövlüyü və digər məsələlər müzakirə ediləcək.

Paralel olaraq, GLOBSEC Gənc Liderlər Forumunun təşkil edildiyi müzakirələrdə Avropanın müxtəlif ölkələrindən gəlmiş tanınmış gənclər iştirak edirlər. GLOBSEC 2015 Forumunda Azərbaycanı ADİHİ rəhbəri Əhməd Şahidov təmsil edir. Forumun birinci günündə Avropada terror təhlükəsi və İŞİD-lə mübarizə yolları müzakirə olunub.
ABŞ prezidentinin İŞİD-lə Mübarizə üzrə Beynəlxalq Koalisiyadakı Xüsusi Nümayəndəsi general Con Allen GLOBSEC Forumunda çıxış edərək, İŞİD-in hazırkı durumu və ona qarşı həyata keçirilən hərbi əməliyyatlar barədə geniş məlumat verib və Forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

globsec globsec1 globsec2 globsec3 globsec4 globsec5 globsec6

Bu yazını Facebookda şərh et