Görüş zamanı Dağlıq Qarabağ və azərbaycanlı əsirlər barədə kitablar təqdim olunub
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov May ayının 18-də Estoniyanın paytaxtı Tallin şəhərində bu ölkənin Ədalət Kansleri Ofisində (Ombudsman İnstitutu) olub və Estoniya Ombudsmanının müavini xanım Nele Parrest ilə görüşüb.
ADİHİ nümayəndə heyətini Tallində salamlamaqdan məmnunluğunu ifadə edən xanım Nele Parrest 60 illik tarixə malik Ədalət Kansleri Ofisinin fəaliyyəti haqqında ətraflı məlumat verib və Estoniyada insan haqlarının durumu barədə danışıb. Fundamental azadlıqlar, insan haqları və uşaq hüquqları barədə gedən müzakirələrdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Azərbaycanda insan haqlarının fəaliyyəti barədə danışan ADİHİ rəhbəri Əhməd Şahidov fəaliyyətə başladığı son bir il ərzində ADİHİ-nin gördüyü işlərdən söz açıb və Avropada keçirdikləri görüşlər haqqında danışıb. Daha sonra Dağlıq Qarabağ konflikti barədə ətraflı məlumat verən Əhməd Şahidov azərbaycanlı əsirlər haqqında söz açıb və mövzu ilə bağlı ensiklopedik kitabları Estoniyalı həmkarlarına hədiyyə edib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.