Sloveniya Milli Məclisinin rəhbərinə azərbaycanlı əsirlər haqqında kitab hədiyyə edilib
Aprelin 21-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sloveniyanın paytaxtı Lyublyana şəhərində bu ölkənin Milli Məclisinin sədri cənab Mitya Bervar ilə görüşüb.
Rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verən ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycan-Sloveniya münasibətlərinə toxunub, Sloveniyanın qanunverici sistemi ilə maraqlanıb və Azərbaycanın Milli Qəhrəmanı Mehdi Hüseynzadənin məzarının Sloveniyada olmasından qürur duyduğunu bildirib.
ADİHİ nümayəndə heyətini Lyublyana şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən cənab Mitya Bervar qarşılıqlı əməkdaşlıq imkanlarından bəhs edərək, öz təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.