Əhməd Şahidov xorvatiyalı ombudsmana Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı əsirlər barədə danışıb

zagreb292ADİHİ rəhbəri Əhməd Şahidov Xorvatiya Ombudsmanı xanım Lora Vidoviç ilə görüşüb
Aprelin 20-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində bu ölkənin Ombudsman İnstitutunda olub. Xorvatiya Ombudsmanı xanım Lora Vidoviç ilə görüşən Əhməd Şahidov rəhbərlik etdiyi qurum haqqında məlumat verib və Xorvatiya Ombudsman İnstitutunun fəaliyyəti ilə maraqlanıb.
ADİHİ nümayəndə heyətini Zaqrebdə salamlamaqdan məmnunluğunu ifadə edən xanım Lora Vidoviç Xorvatiya Ombudsman İnstitutunun müstəqil bir orqan olduğunu deyib və öz ölkəsində insan haqlarının vəziyyəti barədə ətraflı məlumat verib.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə geniş danışan Əhməd Şahidov kəlbəcərli əsirlər haqqında məlumat verib və azərbaycanlı əsirlərdən bəhs edən “Bizi əzirlikdən qurtarın” adlı çoxdilli ensiklopedik kitabı Xorvatiya Ombudsmanına təqdim edib.
Görüş zamanı ADİHİ ilə Xorvatiya Ombudsman İnstitutu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

zagreb zagreb1 zagreb2 zagreb3 zagreb4 zagreb5 zagreb6 zagreb7 zagreb8 zagreb9 zagreb10 zagreb11 zagreb12