AŞ Nazirlər Komitəsinin sədri kəlbəcərli əsirlər haqqında söz verdi

Hüquq müdafiəçisi Əhməd Şahidov Vyanada keçirilən tədbirdə Belçikanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri cənab Didier Reyndersə Azərbaycanlı əsirlər haqqında kitab hədiyyə edib

Martın 12-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında Belçikanın baş nazirinin müavini və xarici işlər naziri, eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinin sədri cənab Didier Reynders ilə görüş keçirilib. Görüşdə hüquq müdafiəçiləri, ictimai fəallar və mətbuat nümayəndələri də iştirak ediblər. Görüşdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.

belcika_xin

Hüquq müdafiəçisi Belçikanın xarici işlər naziri cənab Didier Reyndersə iki sual ünvanlayıb. “Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi?” sualına cavab olaraq, cənab Didier Reynders ATƏT coğrafiyasındakı bütün ölkələrin, həmçinin Azərbaycanın da ərazi bütövlüyünü dəstəklədiklərini açıq şəkildə bildirib və ATƏT-in Minsk Qrupunun bu istiqamətdəki fəaliyyətini mühüm hesab edib.
Daha sonra azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məsələ qaldıran ADİHİ rəhbəri Əhməd Şahidov bu barədə Belçika hökumətinin nələr edə biləcəyini soruşub və Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşmüş 2000-ə yaxın azərbaycanlı əsirlər barədə qələmə alınmış “Bizi əsirlikdən qurtarın” adlı kitabı AŞ Nazirlər Komitəsinin sədrinə hədiyyə edib. Kitabla mütləq maraqlanacağını bildirən cənab Didier Reynders bu ilin Aprel ayında Ermənistana səfər edəcəyini və azərbaycanlı əsirlər barədə Ermənistan tərəfi ilə danışıqlar aparacağına söz verib.

IMG_9571

Bu yazını Facebookda şərh et