Hüquq müdafiəçisi Əhməd Şahidov Dağlıq Qarabağ və azərbaycanlı əsirlərlə bağlı çoxdilli kitabları Birləşmiş Millətlər Təşkilatının kitabxanasına təqdim etdi
Fevral ayının 24-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Ofisində olub. BMT-nin Mərkəzi Kitabxanasını ziyarət edən ADİHİ rəhbəri Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı əsirlərlə bağlı kitabları kitabxanaya hədiyyə edib.
Bir neçə dildə dərc edilmiş həmin kitablar BMT kitabxanasının oxucularının istifadəsinə veriləcək və dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini daha yaxından öyrənmək şansı əldə edəcəklər.