Görüş zamanı ADİHİ ilə “Tages Woche” qəzeti arasında əməkdaşlıq haqqında razılığa gəlinib
Dekabrın 3-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İsveçrənin Bazel şəhərində alman dilində dərc olunan “Tages Woche” qəzetinin redaksiyasında olub və qəzetin kollektivi ilə yaxından tanış olub. “Tages Woche” qəzetinin baş redaktoru cənab Dani Vinter ilə görüşən ADİHİ rəhbəri Əhməd Şahidov İsveçrədə mətbuat azadlığı və KİV-in hazırkı vəziyyəti ilə maraqlanıb.
ADİHİ rəhbərini Bazel şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən cənab Dani Vinter rəhbəri olduğu “Tages Woche” qəzeti barədə ətraflı məlumat verib və İsveçrədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında danışıb. Görüş zamanı ADİHİ ilə “Tages Woche” qəzeti arasında əməkdaşlıq haqqında razılığa gəlinib və Azərbaycan barədə silsilə yazıların “Tages Woche” qəzetində dərc edilməsi qərara alınıb.