Əhməd Şahidov ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb

kaspsik292ADİHİ rəhbəri kəlbəcərli əsirlərlə bağlı narahatçılığını ATƏT rəsmisinə çatdırıb

Noyabrın 4-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in İnsan Alverinə Qarşı Mübarizəyə həsr olunmuş beynəlxalq konfransı öz işinə başlayıb. BMT baş katibi Ban Ki Mun, ATƏT rəhbərliyi, üzv dövlətlərinin rəsmi şəxsləri və diplomatların qatıldığı tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.

Konfransın gedişi zamanı ADİHİ rəhbəri Əhməd Şahidov ilə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik arasında qısa görüş olub. Ayaqüstü baş tutan görüş zamanı ADİHİ rəhbəri ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətinə toxunub və konfliktin sülh yolu ilə həll olunmasının zəruriliyini vurğulayıb. Ermənistan tərəfinin sülh danışıqlarında maraqlı olmadığını diqqətə çatdıran ADİHİ rəhbəri kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışıb və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikə bu haqda Azərbaycan ictimaiyyətinin narahatçılığını çatdırıb. Məsələ ilə bağlı maraqlanacağını deyən ATƏT rəsmisi münaqişə ilə bağlı şəxsi fikirlərini bölüşüb.

kaspsik kaspsik1

Bu yazını Facebookda şərh et