Əhməd Şahidov ATƏT-in toplantısında erməni təxribatından və “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə iddiasından danışıb

tolerantliq292Əhməd Şahidov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluya qarşı qaldırılan məhkəmə iddialarının dərhal durdurulmasını istəyib

Oktyabrın 1-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi”nin növbəti tədbiri keçirilib. “Fikir, vicdan və din azadlığı” mövzusunda keçirilən bu dəfəki müzakirələrdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da məruzə ilə çıxış edib. Dözümlülük və toterantlıq barədə danışan ADİHİ rəhbəri fərqli fikirlərə və düşüncələrə hörmətlə yanaşılmasının zəruri olduğunu vurğulayıb, Sentyabrın 23-də etdiyi çıxışı zamanı erməni QHT nümayəndələrinin ona qarşı həyata keçirdiyi “arxa çevirmə aksiyası”nı qınayıb və bunu təkcə özünə qarşı deyil, eyni zamanda bütün iştirakçılara qarşı hörmətsizlik kimi qiymətləndirib.

Ermənistanın hakimiyyət yönümlü Panorama.am saytında özünün “ermənifob və erməni xalqının düşməni” adlandırılmasının Ermənistanda dözümsüzlük göstəricisi olduğunu vurğulayan ADİHİ rəhbəri Əhməd Şahidov bunun məsuliyyətini rəsmi Yerevanın üzərinə qoyub.

Daha sonra tolerantlıq barədə danışan ADİHİ rəhbəri Azərbaycanın ən tanınmış media kapitanlarından olan Rauf Arifoğluya qarşı qaldırılan məhkəmə iddialarına toxunaraq, “Yeni Müsavat” qəzetinin kollektivinə və onun rəhbərinə qarşı iddiaların dərhal geri götürülməsini istəyib. Azərbaycanlı iş adamı Anar Məmmədovun baş redaktor Rauf Arifoğluya qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə iddiasının Azərbaycanın beynəlxalq imicinə xələl gətirəcəyini qeyd edən ADİHİ rəhbəri eyni zamanda Anar Məmmədova da səslənərək, bu iddialardan əl çəkməsini istəyib.

tolerantliq tolerantliq1 tolerantliq2 tolerantliq3 tolerantliq4

Bu yazını Facebookda şərh et