“Ermənistan regionda insan alverinin və fahişəliyin mərkəzidir” – Əhməd Şahidov

cixis292Əhməd Şahidov ATƏT-in insan alverinə həsr olunmuş müzakirələrində Cənubi Qafqazda insan alveri qurbanları haqqında məruzə ilə çıxış edib

Sentyabrın 25-də ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi”nin növbəti tədbiri keçirilib. Bu dəfə insan alveri və onunla mübarizə haqqında müzakirələr aparılıb və bu istiqamətdə çıxışlar dinlənilib.

Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz regionunda insan alveri qurbanları haqqında danışıb və əsasən Ermənistan və Gürcüstan üzərində xüsusilə dayanıb. 2014-cü il üzrə ABŞ Dövlət Departamentinin İnsan Alveri Üzrə İllik Hesabatından sitat gətirən ADİHİ rəhbəri statistik göstəricilərinə görə, Ermənistan Respublikasını Cənubi Qafqazda insan alverinin başlanğıc və mərkəz nöqtəsi kimi xarakterizə edib və əsasən insan alverinin fahişəlik növünün Ermənistanda daha çox yayıldığını, cinsi istismarda istifadə olunmaq məqsədilə Ermənistandakı qadınların Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya və Almaniyaya aparıldığını qeyd edib.

Ermənistan hökumətinin bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirlərin səmərəsiz olduğunu və fahişəlik göstəricisinin Ermənistanda yüksək olduğunu vurğulayan ADİHİ rəhbəri Əhməd Şahidov Gürcüstan barədə də bəzi statistik rəqəmləri açıqlayıb. ADİHİ rəhbəri erməni fahişələrin Gürcüstan ərazisindən keçirilərək, oradan da Türkiyə və digər Avropa ölkələrinə aparıldığını bildirib.

insan_alveri-1 insan_alveri-2 insan_alveri-3 insan_alveri-4 insan_alveri-5