Əhməd Şahidovun Berlinə səfəri zamanı bu barədə razılığa gəlinib
Sentyabrın 16-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Almaniya İnsan Haqları İnstitutunda görüş keçirib. Almaniya İnsan Haqları İnstitutunun Direktorlar Şurasının baş məsləhətçisi cənab Jan Maykl Arend ilə görüşən ADİHİ rəhbəri təmsil etdiyi qurum barədə danışıb, Azərbaycandakı mövcud vəziyyət barədə məlumat verib.
ADİHİ-nin fəaliyyətini yüksək qiymətləndirən cənab Jan Maykl Arend Azərbaycanda tərəfdaş olaraq, ADİHİ-ni görmək istədiklərini bildirmiş və bu qurumla informasiya və təcrübə mübadiləsi edilməsini məqsədəuyğun hesab etmişdir. Görüş zamanı birgə layihələr barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.