Əhməd Şahidov Almaniyanın tanınmış hüquq müdafiəçisi ilə görüşüb

markƏhməd Şahidov cənab Mark Donfried ilə demokratiya və insan haqları məsələlərini müzakirə edib

Sentyabrın 16-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Almaniyanın paytaxtı Berlin şəhərində bu ölkənin demokratiya sahəsində nüfuzlu qurumlarından olan Institute for Cultural Democracy təşkilatının rəhbəri cənab Mark Donfried ilə görüşüb.

Rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verən ADİHİ rəhbəri Əhməd Şahidov eyni zamanda Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti barədə danışıb. Görüş zamanı eyni zamanda qarşılıqlı əməkdaşlıq və birgə layihələr barədə müzakirələr aparılıb.

Mark Donfried ADİHİ rəhbəri ilə yaxından əməkdaşlıq etmək niyyətində olduğunu bildirmiş və uzun müddətli layihələr çərçivəsində Əhməd Şahidovun Berlin şəhərində keçirilən treninqlərdə məruzəçi qismində iştirak etməsini və Rusiyanın xarici siyasəti barədə dərslər verməsini istəmişdir.

Bu yazını Facebookda şərh et