Əhməd Şahidov AŞPA-da görüşlər keçirib

aspaƏhməd Şahidov Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin rəhbəri cənab Aleksandr Quessel ilə Azərbaycandakı vəziyyəti müzakirə edib

Sentyabrın 12-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Fransanın Strasburq şəhərində yerləşən AŞPA-da bir sıra görüşlər keçirib. Əvvəlcə AŞPA-nın strukturu ilə tanış olan ADİHİ rəhbəri qurumun yerləşdiyi binanı gəzib, plenar iclasların keçirildiyi zalda olub.

Daha sonra AŞPA Siyasi Komitəsinin rəhbəri cənab Aleksandr Quessel ilə görüşən Əhməd Şahidov Azərbaycandakı vəziyyət barədə məlumat verib, demokratiya və insan haqları sahəsindəki durumu cənab Quesselə anladıb. Azərbaycanın AŞPA-ya rəhbərlik etməsinin önəmini vurğulayan AŞPA rəsmisi bu ölkənin Avropa strukturları ilə daha yaxından əməkdaşlıq etməsinin zəruliyini qeyd edib.

Rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verən Əhməd Şahidov ADİHİ-nin Avropanın demokratiya və insan haqları sahəsində ixtisaslaşan strukturları, habelə AŞPA ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüş zamanı ortaq maraqlar üzərində səmərəli fikir mübadiləsi aparılıb.

7 8 9 14 41