Əhməd Şahidov Community of Democracies təşkilatının baş katibi ilə görüşüb

leissnerSəfir Mariya Leissner ilə görüşdə Əhməd Şahidov ADİHİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib və qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib

Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində Avropanın nüfuzlu “Community of Democracy” təşkilatını ziyarət edən ADİHİ rəhbəri Əhməd Şahidov qurumun baş katibi Səfir Mariya Leissner ilə görüşüb. Demokratiya ideyaları üzrə hökumətlərarası koalisiya olan Community of Democracy təşkilatının baş katibi xanım Mariya Leissner ADİHİ rəhbərini Varşavada görməkdən məmnun olduğunu ifadə edib və ADİHİ-nin fəaliyyəti ilə maraqlanıb.

Rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verən ADİHİ rəhbəri Azərbaycanda demokratiya və insan haqlarının durumu barədə danışıb və gələcək planlarını açıqlayıb. Cənubi Qafqaz regionunda baş verən prosesləri diqqətdə saxladıqlarını xüsusilə vurğulayan Səfir Mariya Leissner Azərbaycanla bağlı layihələr həyata keçirmək niyyətində olduqlarını və ADİHİ ilə bu istiqamətdə əməkdaşlıq etməkdən məmnun olacaqlarını söyləyib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı ADİHİ-nin Avropa institutları ilə, xüsusən də demokratiya və insan haqları üzrə ixtisaslaşan təşkilatlarla daha geniş əlaqələr yaratması zərurəti vurğulanıb.

4 5 6 13 22 31

Bu yazını Facebookda şərh et