Əhməd Şahidov ATƏT rəsmisi ilə görüşdü

osce292Əhməd Şahidov Sloveniyalı diplomat, ATƏT-in səfiri cənab Janez Lenarcicə Azərbaycandakı insan haqlarının vəziyyəti barədə məlumat verib

İyul ayının 7-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin sabiq rəhbəri, ATƏT-in səfiri cənab Janez Lenarcic ilə görüşüb.

Görüş zamanı rəhbərlik etdiyi ADİHİ təşkilatı barədə ətraflı məlumat verən Əhməd Şahidov Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti barədə danışmış və ATƏT-in bu sahədə xeyli işlər gördüyünü bildirmişdir. ADİHİ-nin əsas prioritetlərini açıqlayan Əhməd Şahidov Avropanın bir sıra insan haqları təşkilatları ilə, habelə ATƏT ilə yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişdir.

Ötən ilin Sentyabr ayında Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak etdiyini xüsusi vurğulayan ADİHİ rəhbəri bu il Azərbaycanda bələdiyyə seçkilərinin, 2015-ci ildə isə parlament seçkilərinin keçiriləcəyini və ADİHİ-nin seçkiləri yaxından izləyəcəyini bildirmişdir.

ADİHİ rəhbərini Avropada salamlamaqdan məmnunluğunu ifadə edən Sloveniyalı diplomat son 6 ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə rəhbərlik etdiyini və bu ilin İyul ayının 1-dən etibarən vəzifəsini Almaniyadan olan diplomat Maykl Corc Linkə təhvil verdiyini qeyd etmişdir. Ötən müddət ərzində Azərbaycanda demokratiya və insan haqları sahəsində inkişafa nail olmaq üçün ATƏT olaraq xeyli işlər gördüklərini və bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcəklərini bildirən cənab Janez Lenarcic ADİHİ-nin də fəaliyyətini diqqətdə saxlayacağını demişdir.

osce1 osce

 

Bu yazını Facebookda şərh et