Əhməd Şahidov Avropa İttifaqının Bakı nümayəndəliyində görüş keçirib

aiADİHİ rəhbəri Əhməd Şahidov Aİ-nin Bakı nümayəndəliyinin meneceri xanım Aleksandra Nerisanu ilə görüşüb

İyul ayının 1-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avropa İttifaqının Bakı nümayəndəliyində olmuş və Əməliyyatlar və Layihələr Şöbəsinin layihə meneceri xanım Aleksandra Nerisanu ilə görüşmüşdür. Tanışlıq məqsədi daşıyan görüşdə ADİHİ rəhbəri Əhməd Şahidov rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat vermiş, Azərbaycanda insan haqlarının hazırkı durumu haqqında danışmışdır.

ADİHİ-nin yaradılmasını maraqla qarşılayan Avropa İttifaqının rəsmisi demokratiya və insan haqları məsələlərinin Aİ üçün prioritet sahələr olduğunu diqqətə çatdırmış və ADİHİ ilə yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişdir. Bu ilin Oktyabr ayında Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyini bildirən ADİHİ rəhbəri rəhbərlik etdiyi qurumun seçkilərin monitorinqini keçirəcəyini və daha çox seçki məntəqəsini əhatə etmək üçün könüllülər qrupları formalaşdıracaqlarını qeyd etmişdir.