Əhməd Şahidov Rusiyanın Prezident Akademiyasından məzun oldu – FOTO

akademiya292Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında məzun günü keçirilib

May ayının 16-da Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının məzunları üçün diplomlar təqdim olunub. 2009-2014-cü illər ərzində həmin ali təhsil müəssisəsinin “Hüquq” fakültəsində “Dövlət Hüququ” ixtsası üzrə təhsil alan Əhməd Şahidov ötən gün ali təhsil haqqında diplom almışdır.

Filologiya üzrə Fəlsəfə doktoru olan Əhməd Şahidov ikinci ali təhsil olaraq, qəbul olunduğu akademiyada Rusiya hüquq sistemi haqqında biliklərə yiyələnmiş və ali təhsilli hüquqşünas olmuşdur.

Qeyd edək ki, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyası Rusiya Federasiyasının ən böyük və prestijli ali təhsil müəssisəsi sayılır.

Bu yazını Facebookda şərh et