May ayının 7-də TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Berlin şəhərində Almaniya Bundestaqının Ombudsman Komitəsinin rəhbəri xanım Kerşten Ştainke ilə görüşmüşdür. Bundestaq binasının inzibati binasında baş tutan rəsmi qəbul zamanı Almaniyanın ombudsmanı Kertşten Ştainke rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat vermiş, vətəndaşlardan qəbul etdikləri şikayət və məktubların araşdırılması mexanizmi haqqında danışmışdır. Daha sonra Almaniya Bundestaqının fəaliyyəti barədə ətraflı danışan almaniyalı ombudsman TURSAM Strateji Araşdırmar Mərkəzinin fəaliyyəti barədə maraqlanmışdır.
Rəhbərlik etdiyi qurum barədə almaniyalı ombudsmana məlumat verən Əhməd Şahidov həyata keçirdikləri layihə və görüşlər barədə xanım Ştainkeyə məlumat vermişdir. Almaniya təcrübəsinin mənimsənilməsinin Azərbaycan üçün zəruri olduğunu vurğulayan Əhməd Şahidov gələcəkdə Almaniya Bundestaqı ilə TURSAM arasında əməkdaşlıq edilməsi barədə təkliflə çıxış etmişdir. Əməkdaşlıqdan məmnun olacağını ifadə edən xanım Kerşten Ştainke TURSAM təşkilatına hərtərəfli dəstək verə biləcəklərini demiş və Əhməd Şahidovun gələcəkdə Bundestaqda araşdırma apara biləcəyini də vurğulamışdır.
Görüşün rəsmi hissəsindən sonra Kerşten Ştainke TURSAM rəhbərinə Bundestaq binasını göstərmiş və tarixi əhəmiyyət kəsb edən Parlament binası haqqında ətraflı məlumat vermişdir. Görüşdə DAK Polşa Nümayəndəliyinin rəhbəri Nail Əhməd də iştirak etmişdir.
Görüş zamanı TURSAM rəhbəri Əhməd Şahidov azərbaycanlı əsir və itkin düşmüş şəxslər barədə hazırlanmış “Bizi əsirlikdən qurtarın” kitabını Almaniyanın Bundestaq Ombudsmanına təqdim etmişdir.