Əhməd Şahidov ŞKTC-nin Bakı təmsilçisi Sadettin Topukçu ilə görüşdü – FOTO

kktc_temsilci292“Sıfır Nöqtəsi” romanını təqdim edən Əhməd Şahidov Azərbaycan-ŞKTC münasibətləri barədə Sadettin Topukçu ilə fikir mübadiləsi aparıb
Oktyabrın 22-də TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı təmsilçisi Sadettin Topukçu ilə görüşüb. Görüş zamanı özünün yenicə çapdan çıxmış “Sıfır Nöqtəsi” romanını ŞKTC-nin Bakı təmsilçisinə təqdim edən TURSAM rəhbəri Noyabrın 4-də ŞKTC-ə səfər edəcəyini və Şimali Kipr Prezidenti Derviş Eroğlu, Parlament sədri Sibel Sirer, nazirlər və millət vəkilləri ilə görüşlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bundan başqa, Doğu Akdeniz Universitetində “Sıfır Nöqtəsi” romanının geniş təqdimat mərasiminin keçiriləcəyini bildirən Əhməd Şahidov Şimali Kiprlə bağlı gələcəkdə də lazım olan bütün işləri görəcəyini söyləmişdir.
Əhməd Şahidovun fəaliyyətini yaxından izlədiyini, həm ŞKTC, həm də Azərbaycan mətbuatında bu haqda silsilə yazıları oxuduğunu bildirən Sadettin Topukçu Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin hər zaman diqqət mərkəzində olduğunu və Azərbaycanla münasibətlərdən razı olduqlarını bildirmişdir. Səmimi söhbət əsnasında keçən görüşdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə olunmuşdur.

Bu yazını Facebookda şərh et