Əhməd Şahidov ATƏT-in Varşava toplantısında terrorizmlə mübarizədən danışdı – SƏNƏD

speech292Xəbər verildiyi kimi, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Oktyabr ayının 2-də qurumun plenar iclasında “Terrorizmlə mübarizədə Azərbaycanın təcrübəsi” adlı məruzə ilə çıxış etmişdir.
Çıxışı zamanı Əhməd Şahidov Dağlıq Qarabağ konflikti barədə geniş məlumat vermiş, hələ 1988-ci ildən bəri ermənilərin Azərbaycana qarşı terror fəaliyyəti həyata keçirdiyini, silahlı əməliyyatlar zamanı dinc sakinlərə qarşı vəhşilik faktları, işgəncə hərəkətlərinin qeydə alındığını diqqətə çatdırmışdır. TURSAM rəhbəri Əhməd Şahidov Azərbaycanın hazırda bütün dünyada anti-terror koalisiyasının fəal üzvlərindən olduğunu, İraq və Əfqanıstanda sülhün qorunub saxlanılması üçün töhfələr verdiyini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.
Terrorizmlə mübarizə mövzusunun Azərbaycan üçün prioritet olduğunu qeyd edən TURSAM rəhbəri bugün də bu problemlə üzləşdiklərini söyləmiş və Ermənistanın dövlət səviyyəsində terrorla məşğul olduğunu bildirmişdir. Fakt olaraq, ötən illərdə Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı həbs edilən cinayətkar dəstənin başında Ermənistan MTN-in idarə rəisi və onun müavininin olduğunu xüsusi vurğulayan Əhməd Şahidov həmin transmilli cinayətkar dəstənin Azərbaycan və Rusiya ərazilərində sərnişin qatarlarını partlatmaq istədiklərini qeyd etmişdir.

TURSAM rəhbəri Əhməd Şahidovun çıxışının tam mətni ATƏT-in rəsmi saytında dərc edilmişdir – http://www.osce.org/odihr/106363

 

Bu yazını Facebookda şərh et