Əhməd Şahidov Polşa Parlamentində görüşlər keçirdi – FOTO

sejm23 Sentyabr – 04 Oktyabr tarixlərində Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Sentyabr ayının 26-da Polşanın Parlamentində (Seym) bu ölkənin iqtidar partiyasının millət vəkili xanım Agnieszka Pomaska ilə görüşmüşdür.
Parlament binasında baş tutan görüş zamanı TURSAM rəhbəri Əhməd Şahidov rəhbərlik etdiyi təşkilat barədə ətraflı danışmış, indiyə kimi Türkiyədə və Şimali Kiprdə keçirilən tədbirlər barədə polşalı millət vəkilinə məlumat vermişdir. Azərbaycanla Polşa arasında sıx münasibətlərin mövcud olduğunu, Bakı Slavyan Universitetində polyak dilinin tədris olunduğunu və yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasının Avropaya inteqrasiya yolunda tutduğu mövqeyi xanım Agnieszka Pomaskaya bildirən Əhməd Şahidov Polşa Parlamentinin strukturu, habelə millət vəkillərinin sayı, partiyalar üzrə bölgüsü və seçkilər barədə maraqlanmışdır.
Səmimi keçən söhbət zamanı Agnieszka Pomaska təmsil etdiyi “Sivil Platform” partiyasının Seymdə 60% yerə sahib olduğunu və ölkənin iqtidar partiyası seçildiyini bildirmişdir. TURSAM Strateji Araşdırmalar Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq barədə danışan polşalı millət vəkili Azərbaycana səfər etmək və bu ölkə ilə yaxından tanış olmaq istədiyini söyləmişdir. Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.