TURSAM rəhbəri Əhməd Şahidov DAÜ rektorunun qonağı olub – FOTO

dau292Abdullah Öztoprak: “Azərbaycanlı tələbələr Doğu Akdeniz Universitetinin həyatında aktiv rol oynayırlar”
Fevralın 26-da Şimali Kiprin ən böyük ali təhsil müəssisəsi olan Doğu Akdeniz Universitetinin qonağı olan TURSAM rəhbəri Əhməd Şahidov bu universitetin AzərbaycanTələbə Cəmiyyətinin fəaliyyəti ilə tanış olmuş və DAÜ-nün rektoru Abdullah Öztoprakla görüşmüşdür.
TURSAM-ın fəaliyyətini yaxından izlədiyini bildirən rektor Abdullah Öztoprak ötən gün ŞKTC Cümhuriyyət Məclisində təşkil olunan Xocalı panelini yüksək qiymətləndirmiş və azərbaycanlı tələbələrin də Xocalı ilə bağlı silsilə tədbirlər keçirdiyini vurğulamışdır.
Doğu Akdeniz Universitetində 500-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını və Azərbaycandan gəlmiş tələbələrin hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu bildirən TURSAM rəhbəri Əhməd Şahidov buna görə Abdullah Öztoprak cənablarına dərin təşəkkürünü bildirmiş, Azərbaycanda da Abdullah bəyi çox sevdiklərini söyləmişdir. DAÜ-də azərbaycanlı tələbələrin təşkilatlanmasında Azərbaycan Tələbə Cəmiyyətinin və onun prezidenti Elçin Süleymanovun fəaliyyətinin yüksək qiymətləndirən TURSAM rəhbəri bu cəmiyyətin digər təşkilatlara örnək ola biləcəyini söyləmişdir.
Görüş zamanı iki ölkə arasındakı münasibətlər, təhsil və elm sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunmuş və Azərbaycandan gələn tələbələrin sayının artırılması imkanları haqqında danışılmışdır.
Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztopraka Xocalı soyqırımı və erməni terroru ilə bağlı kitablar, video disklər və broşürlər təqdim edilmişdir.

TURSAM Mətbuat Xidməti