Serdar Denktaşa Xocalı soyqırımı ilə bağlı kitablar təqdim edildi – FOTO

denktas292Şimali Kiprin tanınmış siyasətçilərindən olan Demokrat Partiyasının sədri, millət vəkili Serdar Denktaş TURSAM-ın fəaliyyətini yüksək qiymətləndirdi
Fevral ayının 26-da Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində Şimali Kiprin tanınmış siyasətçisi, Demokrat Patriyasının sədri, millət vəkili Serdar Denktaş bu ölkədə səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidovu qəbul etmişdir. Bir gün öncə ŞKTC Cümhuriyyət Məclisində keçirilən Xocalı panelini yüksək qiymətləndirən Serdar Denktaş bu kimi tədbirlərin bütün dünyada keçirilməsini Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində atılmış ciddi addımlardan olduğunu bildirdi.

Görüş zamanı rəhbərlik etdiyi TURSAM təşkilatı barədə Serdar Denktaşa məlumat verən Əhməd Şahidov iki ölkənin oxşar acılar yaşadığını və yaşananların unudulmaması üçün birlikdə çalışmaq lazım olduğunu diqqətə çatdırdı. Şimali Kiprə olan sevgisinin hələ 2009-cu ildə İstanbulda keçirilən beynəlxalq konfransda ilk dəfə tanış olduğu Rauf Denktaşla başladığını bildirən Əhməd Şahidov rəhmətlik Denktaşın başladığı siyasətin Şimali Kiprdə qorunub saxlanılmasının gərəkli olduğunu bildirdi və bu istiqamətdəki fəaliyyətlə maraqlandı.

Mərhum Rauf Denktaşın oğlu Serdar Denktaş atasının apardığı mücadilədən danışmış, onun ölümündən sonra ölkədə vəziyyətin bir qədər dəyişdiyini və Kipr Respublikası ilə sülh danışıqlarının hələ ki, bir müsbət nəticə vermədiyini bildirdi.

Görüşün sonunda millət vəkili Serdar Denktaşa Xocalı soyqırımı və erməni terroru ilə bağlı kitablar, broşür və disklər hədiyyə edildi.

 

TURSAM Mətbuat Xidməti

Bu yazını Facebookda şərh et