ABŞ–İran danışıqlarından müsbət nəticə ehtimalı aşağıdır – Əhməd Şahidov ARB24 Televiziyasına açıqlama verib

ABŞ ilə İran arasında mümkün danışıqlar fonunda regionda gərginlik yüksək olaraq qalır və tərəflər arasında ciddi etimadsızlıq müşahidə olunur. Mövcud vəziyyət göstərir ki, proses mürəkkəb siyasi və hərbi amillərin təsiri altında davam edir və yaxın perspektivdə konkret nəticələrin əldə olunması asan görünmür.

Siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasına verdiyi qısa açıqlamada bildirib ki, ABŞ–İran danışıqlarından müsbət nəticə əldə olunması ehtimalı aşağıdır. Onun sözlərinə görə, yalnız tərəflər qarşılıqlı güzəştlərə getdiyi təqdirdə müəyyən razılığın əldə olunması mümkündür.