May ayında Hindistanın Indus Waters Treaty-ni birtərəfli şəkildə dayandırması Cənubi Asiyada su böhranını daha da dərinləşdirib. İllərlə regionda su ehtiyatlarının bölüşdürülməsini tənzimləyən bu müqavilənin pozulması Hindistan və Pakistan arasında qarşıdurma təhlükəsini yenidən gündəmə gətirib. İran ətrafında müharibə fonunda bu məsələ diqqətdən kənarda qalsa da, yaranmış vəziyyət regionda yeni və daha təhlükəli münaqişəyə səbəb ola bilər.
Vaşinqtonda yaşayan hüquq müdafiəçisi Əhməd Şahidov video müraciət yayımlayaraq beynəlxalq ictimaiyyətə çağırış edib. O bildirib ki, su ehtiyatlarının siyasi təzyiq vasitəsinə çevrilməsi yalnız Pakistan üçün deyil, bütün regionun humanitar və ekoloji təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Əhməd Şahidov beynəlxalq təşkilatları, xüsusilə BMT və Dünya Bankını bu məsələyə dərhal reaksiya verməyə dəvət edib.
Onun sözlərinə görə, dünyanın diqqəti İran müharibəsinə yönəlsə də, Hindistan və Pakistan arasında su böhranı daha genişmiqyaslı və fəlakətli müharibənin əsasını qoya bilər və buna səssiz qalmaq olmaz.

