Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yaz Sessiyasının üçüncü iş günü yekunlaşdı. Sessiyada Azərbaycanla bağlı xüsusi bir müzakirə aparılmadı. Sadəcə olaraq Almaniyadan olan deputat Frank Şvabe çıxışında Azərbaycan hakimiyyətini tənqid edən fikirlər səsləndirdi.
Günün əsas müzakirə mövzusu isə Türkiyədə insan haqlarının və demokratik dəyərlərin durumu oldu. Xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinin seçilmiş sədri Ekrem İmamoğlunun həbs olunması məsələsi deputatların diqqət mərkəzində idi.
Çıxış edən deputatların böyük əksəriyyəti Türkiyəni, xüsusilə AKP iqtidarını sərt tənqid etdilər. Onlar Ekrem İmamoğlunun azad olunmasını və İstanbul Universitetinin onun diplomunu bərpa etməsini tələb etdilər. Müzakirələr zamanı həmçinin Türkiyədə məhkəmə sisteminin müstəqilliyi və demokratik institutların zəifləməsi ilə bağlı ciddi narahatlıqlar dilə gətirildi.
Sessiyanın növbəti günlərində daha fərqli mövzuların gündəmə gələcəyi gözlənilir.